Milli Məclisin Tacikistanla dostluq qrupunun sədri, Millət vəkili Aydın Mirzəzadə Tacikistan Respublikasının Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Zohir Saidovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Tacikistan parlament dostluq qruplarının əlaqələrinin genişləndirilməsi, iki ölkə arasında hərtərəfli dostluq əlaqələrinin möhkəmlənməsi məsələləri müzakirə edilib. Tərəflər iki dost ölkənin dostluq münasibətlərinin qədim tarixi olduğunu, bu münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
sia.az