PDF Oxu

Siyasət

  • 6

Romada “XXI əsrdə təhlükəsizlik və strategiya: Xəzər kəsişməsi” mövzusunda konfrans keçirilmişdir

Romada “XXI əsrdə təhlükəsizlik və strategiya: Xəzər kəsişməsi” mövzusunda konfrans keçirilmişdir

Mayın 15-də İtaliyanın ən böyük ali təhsil ocaqlarından biri olan Roma Tre Universitetində Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə "XXI əsrdə təhlükəsizlik və strategiya: Xəzər kəsişməsi" mövzusunda konfrans keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, universitetin prorektoru Vinçenzo Mannino tədbirdə çıxış edərək Azərbaycan ilə İtaliya arasında çoxsahəli əlaqələrin mövcud olduğunu bildirmiş, bu cür konfransların Xəzər bölgəsində gedən siyasi proseslərlə daha yaxşı tanış olmaq üçün geniş imkanlar yaratdığını qeyd etmişdir.

Roma Tre Universitetinin siyasi elmlər departamentinin rəhbəri Françesko Guido Xəzər bölgəsində yerləşən ölkələrin xarici siyasəti haqqında danışmışdır.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov regionda cərəyan edən mühüm siyasi və iqtisadi proseslərdə Azərbaycanın aparıcı rolu barədə ətraflı məlumat vermişdir.

ABŞ-ın Yeyl Universitetinin professoru Colion Xovart Birləşmiş Ştatların son vaxtlar Avrasiya miqyasında, xüsusilə də Xəzər və Cənubi Qafqaz bölgələrində yürütdüyü təhlükəsizlik siyasəti barədə danışmışdır.

Azərbaycan Diplomatik Akademiyasının dosenti Elnur Soltanov, İtaliyanın "ENİ" enerji şirkətinin hökumətlərlə əlaqələr üzrə departamentinin baş eksperti Maria Sancermano, Milandakı Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi işçisi Matteo Verda və Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Nona Mikelidze konfransda məruzələrlə çıxış etmişlər. Onlar Azərbaycanın xarici, təhlükəsizlik və iqtisadi siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xəzər bölgəsi ölkələrinin enerji siyasətinin müqayisəli təhlili, irimiqyaslı layihələrin inkişaf perspektivləri və bölgənin dəyişməkdə olan təhlükəsizlik mənzərəsi haqqında söhbət açmışlar.

Roma Tre Universitetinin müəllim və tələbələrinin, İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin və mətbuat nümayəndələrinin iştirak etdikləri tədbirdə auditoriyanın sualları cavablandırılmış, mövzu ilə əlaqədar müzakirələr aparılmışdır.

AzərTAc

Digər xəbərlər