PDF Oxu

Siyasət

  • 7

Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zaqatala şəhərində yeni mərkəz tikilir

Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zaqatala şəhərində yeni mərkəz tikilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zaqatala şəhərində yeni mərkəzin tikintisinə başlanmışdır.

AzərTAc xəbər verir ki, Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkının yaxınlığında inşa edilən Heydər Əliyev Mərkəzinin ikimərtəbəli yeni binasının ümumi sahəsi 2765 kvadratmetr olacaqdır. Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin həyat və fəaliyyətinə aid zəngin muzey, 424 kvadratmetr sahəsi olan böyük konfrans zalı, 3D kinozal, poliqrafiya emalatxanası, heykəltəraşlıq və milli rəqs studiyaları, habelə, yardımçı otaqlar yerləşəcəkdir. Mərkəzin ikinci mərtəbəsində isə kitabxana, internet kitabxana, kiçik konfrans zalı, virtual sinif otağı, xalq sənətkarlıq studiyası və müxtəlif dərnək otaqları fəaliyyət göstərəcəkdir.

Rayon icra hakimiyyətinin sifarişi ilə inşa olunan binanın bünövrəsi tökülmüşdür. Beton və hörgü işlərinə hazırlıq görülür.

AzərTAc

Digər xəbərlər