PDF Oxu

Siyasət

  • 16

Millət vəkili: "Suriya o dərəcədə başını itirməyib ki..."

Millət vəkili: "Suriya o dərəcədə başını itirməyib ki..."

"Hesab edirəm ki, Suriya və Türkiyə arasındakı münasibətlər müharibə həddinə çatmayacaq. Lakin təbii ki, Türkiyənin sərhəd zonasında gərginliyin artmasına Azərbaycan biganə qala bilməz". Bunu SİA-ya açıqlamasında Millət vəkimi Rasim Musəbəyov son günlər Türkiyə və Suriya arasında baş verən hadisələrə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Suriyanın Türkiyə kimi qüdrətli bir dövlətə hücum etməyə cəsarəti çatmaz: "Düşünmürəm ki, Suriya o dərəcədə başını itirib ki, sərhəddindən keçən neft kəmərlərinə zərbə endirsin. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin ətrafında isə Amerikanın çox etibarlı havadan müdafiə sistemi yerləşdirilib. Buna görə də, Suriyanın Türkiyəyə hücum etməsi və Avropaya neft ixrac edən kəməri yararsız vəziyyətə salması riski aşağı səviyyədədir". Millət vəkili Türkiyə və Suriya arasında baş verən hadisələrin gələcək perspektivləri barəsində də məlumat verib: "Gələcəkdə də iki ölkə arasında təxribat xarakterli hadisələrin olması və partlayışların baş verməsi mümkündür. Hər iki dövlət tərəfindən xeyli səy göstərilməlidir ki, bu cür hadisələr olmasın".

sia.az

Digər xəbərlər