Mayın 22-də Minskdə Birliyin iştirakçısı olan dövlətlərin Maliyyə Kəşfiyyatı Bölmələrinin Rəhbərləri Şurasının təşkilati iclası keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, görüş iştirakçıları Şuranın sədrini seçəcək, reqlamenti və 2013-2014-cü illər üçün fəaliyyət planını müzakirə edəcəklər.
Şuranın yaradılması haqqında Saziş ötən ilin dekabrında Aşqabadda keçirilən zirvə görüşündə imzalanmışdır.
Şura milli maliyyə kəşfiyyatı bölmələrinin beynəlxalq əməkdaşlığını inkişaf etdirməyə, bu sahədə qarşılıqlı fəaliyyəti və informasiya mübadiləsini təmin etməyə, beynəlxalq təşkilatların, o cümlədən "Eqmont" qrupunun fəaliyyətinə inteqrasiyaya kömək edəcəkdir.
Şuranın fəaliyyəti maliyyə kəşfiyyatlarının operativ fəaliyyətinin səmərəliliyinin artırılmasına, texniki təchizat və informasiya mübadiləsinin təkmilləşdirilməsi yollarının axtarışına, cinayətkar aktivlərin geri qaytarılması mexanizmlərinin təkmilləşdirilməsinə, yeni maliyyə məhsulları ilə bağlı profilaktik tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə, işdə qabaqcıl analitik metodların tətbiq edilməsinə yönəldiləcəkdir.
yap.org.az