Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Polşada səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Polşanın Krakov şəhərində keçiriləcək Vışeqrad Qrupu və "Şərq tərəfdaşlığı" Proqramının üzv olan ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcəkdir.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
yap.org.az