PDF Oxu

Siyasət

  • 13

Alim Quliyev: Mərkəzi Bank ölkədə nağdsız ödənişlərin həcminin artırılmasını özünün prioritet sahələrindən biri hesab edir

Alim Quliyev: Mərkəzi Bank ölkədə nağdsız ödənişlərin həcminin artırılmasını özünün prioritet sahələrindən biri hesab edir

"Mərkəzi Bank hər zaman olduğu kimi öz mandatına uyğun olaraq ölkədə nağdsız ödənişlərin həcminin artırılmasını özünün prioritet sahələrindən biri hesab etdiyindən bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir". Bu fikri Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyev bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcmini artırmaqla və əhatə dairəsini genişləndirməklə göstəricilərin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması istiqamətində aidiyyatı dövlət qurumlarına bir sıra tapşırıqlar verilib. Onun sözlərinə görə, artıq nağdsız ödənişlərin inkişafının stimullaşdırılması, nağdsız ödənişlər üzrə infrastrukturun genişləndirilməsi və hüquqi bazanın möhkəmləndirilməsi üzrə kompleks tədbirlər paketi hazırlanaraq hökumətə təqdim edilib.

""E-hökumət" quruculuğu çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası, habelə elektron ödəniş xidmətlərindən istifadənin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı" vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və digər büdcə ödənişləri üzrə vahid ödəniş platformasına çevrilməkdədir"- deyə, A.Quliyev bildirib.

yap.org.az

Digər xəbərlər