PDF Oxu

Siyasət

  • 11

Elxan Süleymanov: İşğalçı Ermənistanın Avropa Şurasında hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi öz obyektivliyi ilə seçilən deputatları ciddi narahat edir

Elxan Süleymanov: İşğalçı Ermənistanın Avropa Şurasında hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi öz obyektivliyi ilə seçilən deputatları ciddi narahat edir

AŞPA-da Ermənistanın Nazirlər Şurasında qarşıdan gələn sədrliyinə dair qətnamə təklifi irəli sürülüb. Bu barədə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib.

E.Süleymanov bildirib ki, bu qətnamə təklifi AŞPA-nın 8 üzv dövlətini təmsil edən 31 deputatı imzalayıb. Onun sözlərinə görə, bu, qurumun prosedur qaydalarına tam uyğundur. Belə ki, Prosedur Qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 25 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir.

"İşğalçı Ermənistan bu ilin iyul ayından Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Şurasına sədrlik edəcək. Şübhəsiz ki, Avropa Şurasına üzv olan bir dövlətin ərazilərini 20 ildən artıq bir müddət ərzində hərbi işğal altında saxlayan digər üzv dövlət olan Ermənistanın Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi bu qurumun üzvü olan və öz obyektivliyi ilə seçilən deputatları ciddi narahat edir. Onlar bu səbəbdən Ermənistanın Nazirlər Şurasına sədrliyinə dair yeni qətnamə təklifi ilə çıxış ediblər. Əldə edilən məlumata görə, bu qətnamə təklifi artıq AŞPA-nın gündəliyinə salınıb"- deyə, E.Süleymanov vurğulayıb.

yap.org.az

Digər xəbərlər