PDF Oxu

Siyasət

  • 9

Bakı II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır

Bakı II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır

Forum "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında gerçəkləşəcək

29 may-1 iyun tarixlərində paytaxtımızda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bakıda mədəniyyətlərarası dialoqa həsr olunmuş ilk Dünya Forumu 2011-ci ilin aprelin 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Sərəncamı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib. Azərbaycan Prezidentinin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında gerçəkləşəcək II Dünya Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Forumda beynəlxalq qurumlardan - UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, NATO, ASEAN, Ərəb Liqası, Amerika Dövlətləri Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının rəhbər şəxsləri, bir neçə ölkənin (Bolqarıstan, Xorvatiya, Serbiya) keçmiş prezidentləri, 30-dan çox ölkədən nazir, 20 nazir müavini, 15-dək tanınmış universitetin rəhbərləri, nüfuzlu media qurumlarının nümayəndələri, millət vəkilləri, alimlər, ekspertlər iştirakı gözlənilir. Ümumilikdə, 100-dək ölkənin nümayəndə heyəti forumda iştirakını təsdiqləyib.

Forumun proqramına "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibridləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi" sessiyalar daxildir. Bundan əlavə, "Mədəniyyətlərarası dialoq: etiqal və elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu", "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" mövzusunda sessiyalar keçiriləcək.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə mədəniyyət və turizm nazirlərinin Dünya Forumu Konfransı keçiriləcək.

NƏZAKƏT

Digər xəbərlər