PDF Oxu

Siyasət

  • 5

Sankt-Peterburqda MDB PA-nın daimi komissiyalarının iclasları və VI Neva Beynəlxalq Ekoloji Konqresi keçiriləcəkdir

Sankt-Peterburqda MDB PA-nın daimi komissiyalarının iclasları və VI Neva Beynəlxalq Ekoloji Konqresi keçiriləcəkdir

Mayın 20-dən 22-dək Sankt-Peterburqda MDB Parlament Assambleyası (PA) daimi komissiyalarının iclasları və VI Neva Beynəlxalq Ekoloji Konqresi keçiriləcəkdir.

İclaslarda Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Elton Məmmədov, Mirkazım Kazımov və Fəzail Ağamalı iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, həmçinin, dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyalarında "Ekoloji təmiz aqrar istehsal", "Ekoloji sığorta", "Regional siyasətin əsasları haqqında" və digər model qanun layihələri barədə fikir mübadiləsi aparılacaqdır.

"Ekoloji mədəniyyət ekoloji problemlərin həllinin əsası kimi" mövzusuna həsr edilmiş VI Neva Beynəlxalq Ekoloji Konqresi çərçivəsində təşkil olunacaq "dəyirmi masa"larda ekoloji problemlərin qarşısının alınması və həlli məsələləri müzakirə olunacaqdır.

AzərTAc

Digər xəbərlər