Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşüb.Görüşdə Azərbaycan və İran parlamentlərarası dostluq qruplarının nümayəndələri iştirak ediblər.Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri, münasibətlərimizin daha da möhkəmlənməsində parlamentlərin rolu barədə səmərəli fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikasının hərtərəfli inkişafı, dövlətimizin qüdrətlənməsi, xalqımızın rifah halının yaxşılaşması istiqamətində görülən işlərdən danışan A. Paşazadə bildirib ki, dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə insan hüquqları və dini etiqad azadlığı tam təmin olunub.Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə məscidlərin təmiri, yenidən qurulması, ziyarətgahların bərpası xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.Əli Laricani qeyd edib ki, ölkələrimiz arasındakı qədim tarixi olan əlaqələrin dinamik inkişafı xalqlarımızın ümumi maraqlarını əks etdirir.Görüşdə əlaqələrimizin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
sia.az