Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfərə gedəcək. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur. Səfərdə nazirlər ikitərəfli münasibətləri, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər.
Bununla belə rəsmilər xarici siyasət sferasında fəaliyyətin koordinasiya edilməsi məsələlərinə də toxunacaqlar. Görüşdə Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalanacaq.
sia.az