Azərbaycanın sənaye sahələrində yanvar-aprel aylarında 11,3 milyard manat məbləğində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənayenin qeyri-neft sahələrində 2,8 faiz artım, neft sektorunda 1,5 faiz azalma müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, istehsalın dörddəüç hissəsi mədənçıxarma, 19,3 faizi emal, altı faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Dörd ayda 14,3 milyon ton neft, 5,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqların, avtomobil və qoşquların, digər nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə olunmuşdur.
yap.org.az