PDF Oxu

Siyasət

  • 11

Millət vəkili: “Müsavatın namizədləri Yeni Azərbaycan Partiyasını maraqlandırmır”

Millət vəkili: “Müsavatın namizədləri Yeni Azərbaycan Partiyasını maraqlandırmır”

"Azərbaycanda demokratiyanı daha da inkişaf etdirərək, vətəndaşlarımızın hər birinin iştirak etdiyi vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, iqtidarda və müxalifətdə durmağından asılı olmayaraq, hər bir partiya üzvlərinə və seçicilərin eloktratına hörmət edərək ümumi qəbul olunmuş normalardan çıxış etməlidir". Bunu SİA-ya millət vəkili Musa Quliyev "Müsavat" partiyasının sədri İsa Qəmbərin partiyanın qurulatayını keçirmədən prezidentliyə namizədliyini irəli sürməsi məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, "Müsavat" partiyasının konfrans keçirməyə lazımı sayda nümayəndəsi yoxdur: "Müsavat partiyasının xalq içində o qədər də dəstəkçisi yoxdur. Ona görə də, belə addımlar atır. Amma bu addım İsa Qəmbərin sadə müsavatçılara qarşı hörmətsizliyidir. İstər prezidentliyə, istərsə də, partiyanın qurultayına iştirakçının namizədliyinin irəli sürülməsi partiya üzvlərinin rəyi nəzərə alınmaqla həyata keçirilməlidir. "Müsavat" partiyası sıravi üzvlərinə belə hörmətsizlik edirsə, bu ilk növbədə partiya rəhbərliyini düşündürməlidir. Bu məsələyə ən doğru qiyməti Müsavat partiyasının üzvləri verməlidir. "Müsavat" partiyasının hər hansı bir formada namizədlərinin irəli sürülməsi Yeni Azərbaycan Partiyasını maraqlandırmır. Çünki bu namizədin heç bir əhəmiyyəti yoxdur".

sia.az

Digər xəbərlər