PDF Oxu

Siyasət

  • 12

Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı keçiriləcəkdir

Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı keçiriləcəkdir

Mayın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi" mövzusunda NATO tərəfdaşlıq konfransı keçiriləcəkdir.

ADA-dan AzərTAc-a bildirmişlər ki, iki gün davam edəcək konfrans NATO, Azərbaycanın Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti, akademiyanın Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.

NATO və Alyansın tərəfdaş ölkələrin ekspertlərinin, siyasətçilərinin və alimlərinin qatılacağı konfransın məqsədi enerji təhlükəsizliyinə mümkün risklərin çevik şəkildə qarşısının alınması yollarını müzakirə etmək və təhlükəsizlik sahəsində elmi əməkdaşlığı gücləndirməkdir.

Tədbirdə Avropa enerji təhlükəsizliyinin genişləndirilməsində Xəzər hövzəsinin rolu, terrorizm və enerji infrastrukturunun təhlükəsizliyinə ondan irəli gələn təhdidlər və kiber risklər, sərhədlər arası əməkdaşlıq kimi mövzular müzakirə olunacaqdır.

Konfransın rəsmi açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çobanu və NATO-nun Meydana Gələn Təhlükəsizlik Çağırışları İdarəsinin başçısı Maykl Rühle çıxış edəcəklər.

Mayın 23-də - konfransın son günündə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, NATO Baş Katibinin Meydana Çıxan Təhlükəsizlik Çağırışları üzrə müavini, səfir Qabor İklodi və ölkəmizin NATO-dakı səfiri Xəzər İbrahim çıxış edəcəkdir.

AzərTAc

Digər xəbərlər