PDF Oxu

Siyasət

  • 9

Misirin “Qahirə” peyk telekanalında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə xüsusi proqram yayımlanmışdır

Misirin “Qahirə” peyk telekanalında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə xüsusi proqram yayımlanmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Misirin "Qahirə" peyk telekanalında http://www.youtube.com/watch?v=Nv41ogviG7Y&feature=em-upload_owner-smbtn) xüsusi proqram yayımlanmışdır.

Proqramda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş və Azərbaycanın Qahirədəki səfirliyində keçirilmiş tədbir barədə süjet verilmişdir. Telekanal, həmçinin Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin və Türkiyənin MƏR-dəki səfiri Hüseyn Avnı Botsalının müsahibələrini təqdim etmişdir.

Səfir Ş.Abdullayev müsahibəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışmış, müstəqillik illərində ölkəmizin iqtisadi inkişafının məhz onun adı ilə bağlı olduğunu qeyd etmişdir. Öz növbəsində, səfir H.Botsalı xarizmatik və dahi şəxsiyyət olan Heydər Əliyevin türk dünyası üçün müstəsna rolunu vurğulamışdır. O, Ulu Öndərin "Bir millət, iki dövlət" prinsipinə söykənən Azərbaycan-Türkiyə əlaqələrinin, eləcə də Azərbaycanın beynəlxalq və regional əhəmiyyətini artıran neft-qaz layihələrinin memarı olduğunu qabartmış, Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi-sosial tərəqqinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini tamaşaçıların diqqətinə çatdırmışdır.

AzərTAc

Digər xəbərlər