PDF Oxu

Siyasət

  • 9

Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə gəlmişdir

Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə gəlmişdir

Mayın 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri başlanmışdır.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində bildirmişlər ki, səfər çərçivəsində xarici siyasət idarəsi başçısının Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılmışdır. Görüşdə ikitərəfli münasibətlərə dair məsələlərin geniş spektrini, beynəlxalq və regional problemləri müzakirə etmək nəzərdə tutulur. Danışıqların əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olacaqdır.

İki günlük səfər çərçivəsində xarici siyasət sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinin müzakirə edilməsi və birgə sənədlərin imzalanması gözlənilir.

AzərTAc

Digər xəbərlər