Cari ilin yanvar-aprel aylarında sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2,8 faiz artmış, neft sektorunda isə 1,5 faiz azalmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, məhsul istehsalının 74,2 faizi mədənçıxarma, 19,3 faizi emal, 6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində olmuşdur.
Sahə üzrə məhsulun 79,5 faizi özəl bölmədə istehsal edilmiş, ümumi istehsalın 92,9 faizi sənaye mallarının (əmtəələrin), 7,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına formalaşmışdır.
yap.org.az