PDF Oxu

Siyasət

  • 4

ABŞ qubernatoru Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

ABŞ qubernatoru Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib. Bu barədə SİA-ya Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Qubernatordan Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna daxil olmuş təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilib.

Qubernator vurğulayıb ki, Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. O, belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirib, Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edib.

Qeyd edək ki, Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, 1975-83-cü illərdə də bu vəzifədə çalışıb.

sia.az

Digər xəbərlər