PDF Oxu

Siyasət

  • 9

Bakıda Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının informasiya sessiyası keçirilir

Bakıda Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının informasiya sessiyası keçirilir

Mayın 21-də Bakıda Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) informasiya sessiyası keçirilir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən GOPAC Direktorlar Şurasının sədri, senator Edqardo Anqara sürətlə inkişaf edən, müasirliyi ilə seçilən Bakı şəhərinin belə bir tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirmişdir.

E.Anqara GOPAC haqqında məlumat verərək bildirmişdir ki, təşkilat 2002-ci ildə Ottavada keçirilmiş korrupsiyaya qarşı mübarizə və dövlət idarəetməsinin təkmilləşdirilməsinə həsr olunmuş Qlobal Konfransın qərarlarına əsasən yaradılmışdır. Bu konfrans 170 deputatı və 400 müşahidəçini bir araya gətirmişdir.

Qeyd olunmuşdur ki, təşkilat deputatların korrupsiyaya qarşı mübarizə üzrə yeganə beynəlxalq şəbəkəsidir.

AzərTAc

Digər xəbərlər