Uruqvay Parlamentinin sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də Azərbaycana səfərə gəlmişdir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Azərbaycan və Uruqvay parlamentləri arasında, eləcə də digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində H.Kardoso bir sıra görüşlər keçirəcək, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəkdir.
Uruqvay parlament nümayəndə heyətinin səfəri mayın 25-də başa çatacaqdır.
AzərTAc