PDF Oxu

Siyasət

  • 16

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının VII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının VII konfransı keçirilmişdir

Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının VII konfransı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov təşkilatın ötən konfransından sonrakı müddət ərzində görülən işlərlə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, bu gün YAP öz sıralarında 600 mindən çox partiya üzvünü birləşdirir. Partiyanın Ağstafa rayon təşkilatının isə 65 ərazi təşkilatı və 5 min 24 nəfər üzvü vardır. Partiyanın üzvləri rayonun ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fəal iştirak edirlər.

Konfransda xüsusi vurğulanmışdır ki, qarşıdakı prezident seçkiləri ilə bağlı ağstafalılar artıq öz seçimlərini etmişlər. Onlar Yeni Azərbaycan Partiyasının vahid namizədi, ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevi dəstəkləyəcəklər.

Tədbirdə Milli Məclisin deputatı Nizami Cəfərov, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və başqaları çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan danışmışdır.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz inkişaf yolu keçərək qüdrətli dövlətə çevrilmişdir və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir

Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

AzərTAc

Digər xəbərlər