PDF Oxu

Siyasət

  • 14

Praqada AYSAP təşkilatı dahi Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd etmişdir

Praqada AYSAP təşkilatı dahi Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd etmişdir

AzərTAc xəbər verir ki, Praqada AYSAP təşkilatı Azərbaycanın Çexiyadakı səfirliyinin və DAGB-nin dəstəyi ilə Azərbaycan tarixində dahi şəxsiyyət Heydər Əliyevin 90 illiyi şərəfinə tədbir keçirmişdir.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyəti haqqında sənədli film göstərilmişdir. "Əsrin müqaviləsi" haqqında videolayihə də təqdim edilmişdir. Müxtəlif millətlərin nümayəndələri – ruslar, türklər, çexlər və Çexiyada yaşayan azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etməyə gəlmişlər. Gecədə milli musiqi səsləndirilmiş, dahi şəxsiyyətin həyatının ən parlaq məqamlarına həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir.

AzərTAc

Digər xəbərlər