"İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının sədri Azay Quliyevin sədrliyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, USAİD-in nümayəndəsi Ronald Qlass, Azərbaycan Hüquqşünasları Konfedarasiyasının İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseyinli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Monika Martinez və digər şəxslər iştirak edir.
Tədbirin keçirilməsində əsas məqsəd insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti strukturlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək və insan hüquqlarının təminatı sahəsində, eləcə də ifadə azadlığı sahəsində qanunvericiliyin inkişafı perspektivləri ilə bağlı müzakirələrin aparılmasıdır.
sia.az