PDF Oxu

Siyasət

  • 4

Uruqvay parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

Uruqvay parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

Azərbaycanda səfərdə olan Uruqvay parlamentinin sədri German Kardosonun başçılıq etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gedərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşdur.

AzərTAc xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı qarşısına tər çiçəklər qoyulmuşdur.

German Kardoso jurnalistlərə müsahibəsində bildirmişdir ki, nümayəndə heyətinin səfəri Uruqvay ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirmək məqsədi daşıyır. O demişdir: "Biz Azərbaycanla yaxınlaşmağa maraq göstəririk. Artıq iki ölkənin hökumətləri arasında möhkəm əlaqələr yaranmışdır".

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsi qarşısına əklil qoymuşlar.

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

AzərTAc

Digər xəbərlər