PDF Oxu

Siyasət

  • 13

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının VIII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının VIII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının VIII konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Mədəniyyət evində davam edən tədbirdə hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Məhəmmədəli Bayramov VII konfransdan ötən dövrdə görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə, dövlətçiliyə sadiqliyini daim nümayiş etdirir və ictimai–siyasi sabitliyin qorunub saxlanması istiqamətində fəal mövqe tutur.

Qeyd olunmuşdur ki, hazırda partiyanın rayon təşkilatının 705 üzvü 10 ilk təşkilatda birləşir və rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Rayon təşkilatının gənclər birliyinin sıralarında 332, qadınlar şurasının sıralarında isə 334 nəfər partiya üzvü təmsil olunur.

Bildirilmişdir ki, təşkilatda qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Seçkilərə hazırlıqla əlaqədar rayon təşkilatında qərargah yaradılmış, bütün partiya üzvləri səfərbər edilmişdir.

YAP Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev, rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları konfransda çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən YAP-ın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışmışlar. Vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı YAP sədri, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş, əhalinin firavanlığı təmin olunmuşdur.

Konfransda prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər geniş müzakirə olunmuş, partiyanın V qurultayına nümayəndələr seçilmişdir.

AzərTAc

Digər xəbərlər