"Son vaxtlar Dağlıq Qarabağla bağlı qarşılıqlı səfərlər, danışıqlar intensivləşib. Münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi də artıq həmsədrlərin bu məsələdə nəticə əldə etməsinin işartılarını göstərir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada keçirdiyi görüşlər barədə sualı cavablandırarkən deyib.
B. Muradova onu da qeyd edib ki, ATƏT PA-nın yay sessiyasında Siyasi komitənin məruzə və qətnaməsində münaqişə ilə bağlı fikirlər öz əksini tapıb: "Məsələ ATƏT PA-nın fəaliyyətinin bir növü kimi müzakirə olunacaq".
sia.az