PDF Oxu

Siyasət

  • 15

Qüdrət Həsənquliyev: "Diffamasiyaya görə məsuliyyəti aradan qaldırmalıyıq”

Qüdrət Həsənquliyev: "Diffamasiyaya görə məsuliyyəti aradan qaldırmalıyıq”

"Heydər Əliyevin hakimiyyəti dövründə senzura aradan qaldırılarkən müəyyən narahatçılıqlar var idi. Düzdür, müəyyən problemlər oldu, amma heç də gözlənilən narahatçılıq yaşanmadı". SİA-nın məlumatına görə, bunu Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) USAİD təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə keçirdiyi "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri" mövzusunda dəyirmi masada millət vəkili, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, diffamasiya haqqında müvafiq qanunun qəbulu böhtan və təhqirə görə məsuliyyətin aradan qaldırılması demək deyil: "Lakin beynəlxalq təşkilatların fikri var və biz buna hörmətlə yanaşmalı, diffamasiyaya görə məsuliyyəti aradan qaldırmalıyıq".

sia.az

Digər xəbərlər