PDF Oxu

Siyasət

  • 16

“Heydər Əliyev və Azərbaycançılıq”

“Heydər Əliyev və Azərbaycançılıq”

Masallı rayon Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Masallı rayon Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Gənclər və İdman nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov çıxış edərək bildirib ki, "Heydər Əliyev və Azərbaycançılıq" mövzusuna həsr olunan tədbirlərin keçirilməsi son dərəcə aktual və əhəmiyyətlidir. Konfransda böyük öndərimizin milli dövlətçilik məfkurəsində önəmli yer tutan Azərbaycançılıq konsepsiyasının mahiyyəti və müasir dövlət quruculuğu prosesində bu konsepsiyanın həyata keçirilməsi sahəsində görülən işlər barədə geniş söhbət aparılacağına əminliyini vurğulayıb.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi çıxış edərək Azərbaycançılıq – Vətənçılık anlayışının siyasi-mənəvi həyatımızda gerçəkləşməsinin Azərbaycan dövlətçiliyinin bu günü və gələcək uğurlarını şərtləndiriən siyasi zərurət olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin daxili və xarici siyasətində Ulu Öndərimizin yolunu uğurla davam etdirməsi milli ideologiya və milli siyasətdə dövlətçiliyin təməl prinsipinə sadiqliyi, Azərbaycançılıq, Vətənçilik ideyalarının cəmiyyətdə bərqərar olunması üçün atdığı real addımları önə çəkib.

Sonra tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxış edərək bildirib ki, biz hamımız Azərbaycan adlı müqəddəs bir ocağa tapınmışıq və ulu öndərin dediyi kimi azərbaycanlı adını daşımaqdan qürur duymalı, bu böyük adın şərəfinə layiq olmalıyıq.

Daha sonra Masallı rayon Dəmirçi kənd orta məktəbinin direktoru Aytən Şükürova,Ərkivan 5 saylı qəsəbə orta məktəbinin direktoru Üzeyir Sadıqov, Qəriblər kənd tam orta məktəbinin müəllimi Kənan Haşımov mövzu ətrafında çıxışlar ediblər. Sonra gənclərin sualları Nazirliyin əməkdaşı Əli Məmmədov tərəfindən cavablandırılıb.

Konfrans Masallı Olimpiya Kompleksində konsert proqramı ilə davam etdirilib.

sia.az

Digər xəbərlər