Prezident İlham Əliyevlə görüşdə jurnalistlərə ev verilməsi ilə bağlı məsələ müzakirə olunub və müvafiq sərəncam verilib. Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə veriləcək mənzillərlə bağlı məsələyə münasibət bildirərkən deyib.
Şura sədrinin sözlərinə görə, jurnalistlərə evlərin verilməsi jurnalistika sahəsində yenilikdir: "Dünyanın heç bir yerində, heç bir qurum jurnalistlər üçün belə bir addım atmayıb. Jurnalistlərin evlə təminatından sonra asılılığı məsələsinə gəlincə isə bu, insanın fərdi keyfiyyətlərindən asılıdır. Jurnalist fikrən dəyişkəndirsə, deməli hər yerdə elə olacaq. Ancaq mənə elə gəlir ki, özünə hörmət edən, mətbuat azadlığının cəmiyyətdə rolunu anlayan insan öz fikrindən heç vaxt daşınmaz".
sia.az