PDF Oxu

Siyasət

  • 7

Vitse-spiker: Paradoks ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti var, nəticə isə yoxdur

Vitse-spiker: Paradoks ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti var, nəticə isə yoxdur

"Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələdə nəticə əldə etmələrinin işartılarını göstərir". Bu fikri ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, son dövrdə problemlə əlaqədar qarşılıqlı səfərlər, danışıqlar intensivləşib. Onun sözlərinə görə, nəticənin olmaması ilə bağlı ATƏT-in Minsk qrupuna səslənən iradlar haqlıdır.

"Paradoks ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti var, nəticə isə yoxdur. Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi ATƏT-in yay sessiyasında qaldıralacaq. Dağlıq Qarabağla bağlı məsələ ATƏT-in yay sessiyasına salınmadığı üçün bu məsələyə həlli uzadılmış münaqişələrə münasibət kontekstində fikrimizi bildirəcəyik"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər