PDF Oxu

Siyasət

  • 9

Vüsal Hüseynov: Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik beynəlxalq standartlara tam uyğunlaşdırılıb

Vüsal Hüseynov: Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik beynəlxalq standartlara tam uyğunlaşdırılıb

"Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik artıq beynəlxalq standartlara tam uyğunlaşdırılıb". Bu fikri Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, Azərbaycan bu sahədə bütün beynəlxalq sənədlərə qoşulub. Onun sözlərinə görə, informasiya kommunikasiya texnologiyaların tətbiqi korrupsiyaya mübarizədə əsas rol oynayır.

"Azərbaycanda yaradılmış "ASAN xidmət" həm vətəndaşların vaxt itkisinin qarşısı alıb, digər tərəfdən korrupsiya ilə mübarizəyə yönəlib. Bu sahədə maarifləndirmə tədbirləri vacibdir.

Antikorrupsiya siyasəti çevik olmalıdır və beynəlxalq əməkdaşlıq bu istiqamətdə mühüm rol oynayır"- deyə, V.Hüseynov vurğulayıb.

yap.org.az

Digər xəbərlər