"YAP qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı böyük işlər görür. Partiyanın hazırladığı seçki proqramına uyğun olaraq, bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib.
Z.Qaralov bildirib ki, artıq xeyli müddətdir YAP-ın bütün strukturları, partiyanın fəalları, rayon təşkilatları qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə səfərbər ediliblər. Onun fikrincə, YAP-nın seçki kampaniyasının uğurunu təmin edəcək həlledici amil partiyamızın Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsidir.
"Bütün proseslərin təhlili göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və seçkilərə qalan müddət azaldıqca, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi əhval-ruhiyyəsi özünü daha aydın şəkildə göstərir. YAP Səbail rayon təşkilatı bundan əvvəlki seçkilərdə olduğu kimi növbəti kampaniyaya da ciddi şəkildə hazırlaşır və bütün resurslarını seçki kampaniyasının daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər edəcək"- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
yap.org.az