Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 6 prinsiplə razılaşdığına dair bəyanatı ilə tanışam. Amma bunun hansı prinsiplər olduğu ilə tanış deyiləm. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətində mövqeyini Ermənistan tərəfinə çatdırıb: "Bizim üçün şah prinsip Azərbaycanın ərazi bütövlüyüdür. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunan halda, digər prinsiplərdən söz açmaq olar. Birinci, bu prinsip qəbul olunmalı, qalan prinsiplər isə bundan doğmalıdır".
sia.az