PDF Oxu

Siyasət

  • 8

Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı başa çatmışdır

Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı başa çatmışdır

Mayın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xarici İşlər Nazirliyinin, NATO-nun, ABŞ Dövlət Departamentinin, ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə "Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi" mövzusunda NATO tərəfdaşlıq konfransı başa çatmışdır.

AzərTAc xəbər verir ki, konfransın ikinci günü "Dənizdə enerji təhlükəsizliyi problemləri", "Kollektiv məsuliyyət və transsərhəd əməkdaşlığı problemləri" mövzularında panel iclaslarla davam etmişdir.

Konfransın yekununda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, NATO baş katibinin meydana gələn çağırışlar üzrə köməkçisi Gabor İklodi, ölkəmizin NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim respublikamızın enerji təhlükəsizliyindəki rolundan danışmışlar. Bildirilmişdir ki, cari ilin iyununda Azərbaycan qazının Avropaya nəql olunması üçün TAP (Transadriatik boru kəməri) və "Nabukko Qərb" layihələri arasında seçim ediləcəkdir. Seçimdən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rola malik olacaqdır.

Bununla da konfrans işini başa çatdırmışdır

AzərTAc

Digər xəbərlər