PDF Oxu

Siyasət

  • 9

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Təbrizdə təntənəli mərasim keçiriləcəkdir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Təbrizdə təntənəli mərasim keçiriləcəkdir

Təbrizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim təşkil ediləcəkdir. Təbrizdəki baş konsulluğumuz tərəfindən məşhur "Beynəlxalq İpək yolu" restoranında keçiriləcək rəsmi qəbula İran rəsmiləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri, yerli mətbuat və informasiya orqanlarının rəhbərləri, Türkiyənin Təbrizdəki Baş konsulluğunun əməkdaşları dəvət olunmuşlar.

Mərasimdə Azərbaycanın və İranın dövlət himnləri səsləndiriləcək, Azərbaycan Respublikasının tarixinə və inkişaf mərhələlərinə dair film nümayiş etdiriləcəkdir. Mərasim iştirakçılarına Azərbaycan həqiqətləri ilə bağlı əyani vəsaitlər paylanacaq, milli mətbəximizin ləziz yeməkləri və xalq mahnılarından seçmələr təqdim olunacaqdır.

AzərTAc

Digər xəbərlər