Gəncə Dövlət Universitetində 28 May-Respublika Gününə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, "dəyirmi masa"da çıxış edənlər Şərqdə elan olunmuş ilk demokratik respublikanın fəaliyyət göstərdiyi az bir vaxt içərisində həyata keçirdiyi tədbirlərdən, qəbul etdiyi tarixi qərarlardan danışmış, dünyanın bir sıra aparıcı dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr yaratmasından söhbət açmışlar.
Dövlət və hökumət rəhbərlərinin gördükləri işləri diqqətə çatdıran natiqlər həmin dövrdə Xalq Cümhuriyyətinin Gəncədəki fəaliyyətindən də bəhs etmiş, ən mühüm qərarların məhz Gəncədə qəbul edildiyini vurğulamışlar.
AzərTAc