PDF Oxu

Siyasət

  • 12

Misirin “Əl-Cumhuriyyə” qəzetində “Azərbaycan ulu öndər Heydər Əliyevin 90 illiyini qeyd edir” sərlövhəli məqalə dərc olunmuşdur

Misirin “Əl-Cumhuriyyə” qəzetində “Azərbaycan ulu öndər Heydər Əliyevin 90 illiyini qeyd edir” sərlövhəli məqalə dərc olunmuşdur

Misirin geniş oxucu auditoriyasına malik hökumət yönlü "Əl-Cumhuriyyə" qəzetində "Azərbaycan ulu öndər Heydər Əliyevin 90 illiyini qeyd edir" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə Azərbaycanın Qahirədəki səfirliyinin müasir Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd etdiyi oxucuların diqqətinə çatdırılmışdır. Səfirliyin təşkil etdiyi tədbirə Türkiyənin Qahirədəki səfiri və səfirliyin əməkdaşları ilə yanaşı, Misirin ali təhsil müəssisələrinin professorlarının, tələbələrinin və media nümayəndələrinin də qatıldıqları qeyd olunmuşdur.

Həmçinin məqalədə Azərbaycanın Qahirədəki səfiri Şahin Abdullayevin tədbiri açaraq Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs etdiyi, müasir Azərbaycanda sosial-iqtisadi çiçəklənmənin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladığı əksini tapmışdır.

Yazıda səfir Şahin Abdullayevin Azərbaycanın sosial-iqtisadi durumunu əks etdirən statistik məlumatları qonaqların diqqətinə çatdırdığı da qeyd edilmişdir.

AzərTAc

Digər xəbərlər