Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAKM) 28 May – Respublika Günü münasibətilə tədbir keçiriləcəkdir.
Mərasimi AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova açdıqdan sonra Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev Azərbaycanın tarixinə və müasir dövrdəki inkişafına dair "Azərbaycan – tarix və müasirlik" mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Tədbirin bədii hissəsində Azərbaycan Xalq Yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" adlı əsərinin motivləri əsasında Xalq Yazıçısı, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin (Elçin) yazdığı ssenari üzrə rejissor Ramiz Fətəliyevin çəkdiyi "Hökmdarın taleyi" bədii filmi Azərbaycan dilində və ingilis subtitrləri ilə nümayiş etdiriləcək, fikir mübadiləsi aparılacaqdır.
AzərTAc