PDF Oxu

Siyasət

  • 8

Ceyms Kor: Azərbaycanda gördüklərim məni heyran etdi

Ceyms Kor: Azərbaycanda gördüklərim məni heyran etdi

Azərbaycanda gördüklərim məni heyran etdi.

Bu sözləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransının iştirakçısı, Böyük Britaniyanın proqram meneceri Ceyms Kor AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Ceyms Kor ölkəmizin Avropa dövlətləri ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışmışdır.

Konfransın Bakıda keçirilməsindən məmnunluğunu bildirən Cemys Kor tədbirə iqtisadiyyat, siyasət sahələrində dünyanın nüfuzlu adamlarının toplaşmasını yüksək qiymətləndirmişdir.

İllik konfransın əhəmiyyətindən danışan qonaq tədbirin ölkələrarası əlaqələrin inkişafında müstəsna rol oynayacağını əminliklə qeyd etmişdir.

Azərbaycanda ilk dəfə olduğunu deyən Ceyms Kor şəhərin gözəlliyindən, Bakının qədim və modern tikililərindən, ölkəmizin sürətli inkişafından söz açmışdır.

Qonaq, eləcə də şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu demişdir.

AzərTAc

Digər xəbərlər