Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra dövlətlərarası sənədlər təsdiq olunub.
İclasda Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər - dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokol, beynəlxalq kombinə edilmiş daşımalarla bağlı saziş ratifikasiya olunub.
Həmçinin iclasda Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi təsdiq edilib.
yap.org.az