"Daxili Qoşunların hərbi hissəsində gördüklərimiz bizi çox sevindirdi. Daxili qoşunlarımızın güclü maddi-texniki bazasının olduğunu, əsgərlərimizdə yüksək vətənpərvərlik ruhunu görmək çox qürurvericidir. Azərbaycanın nəinki güclü ordusu, həm də hərbi sənayesi var". Bu fikirləri YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bu gün Daxili Qoşunların hərbi hissəsində keçirilən tədbir zamanı deyib.
N.Əliyeva əsgərlərə, onların hərbi bacarıqlarına, hərbi qüvvələrimizə böyük ümidlə baxdığını, qələbənin yaxın olduğuna əminliyini ifadə edib. O əsgərlərlə görüşlərdən aldığı təəssüratı da bölüşüb.
"Hərbimizin gücünə, dövlətinin gələcəyinə olan ümidlərin bünövrəsi Ümummilli liderimiz Heydər Əliyev sayəsində möhkəmlənib. Dahi şəxsiyyətin istər dövlətçiliyimizin, istər iqtisadiyyatımızın güclənməsi istiqamətində başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, ölkəmiz durmadan inkişaf edir. Biz analar sizlərin alnı açıq vətənə xidmətinizdən sonra sağ- salamat qayıtmağınızı intizarla gözləyirik. Qadınlarımız adından cəsarətlə deyə bilərəm ki, hər bir ana övladının hərbi xidmətə getməsindən qürur hissi keçirir. Dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rahat yaşamasında Daxili Qoşunların əvəzsiz xidməti var"- deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.
yap.org.az