PDF Oxu

Siyasət

  • 7

PA rəsmisi Əli Həsənov gənclərlə görüşüb

PA rəsmisi Əli Həsənov gənclərlə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi "Gənclərin dövlət ictimai-siyasi həyatında rolu" mövzusunda seminar keçirib. SİA-nın verdiyi xəbərə görə, seminarda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O, gənclərin sosial statusunun dövlətçiliyin qorunmasında və inkişafında mühüm yer tutduğunu bildirib: "Dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərlə bağlı əhəmiyyətli proqramların həyata keçirilməsidir".

Əli Həsənov eyni zamanda Ulu Öndər Heydər Əliyev və dövlət başçısı İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan da söz açıb.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətçiliyin qorunmasında gənclərin üzərinə düşən məsuliyyətdən danışıb: "Keçirdiyimiz bütün tədbirlərdə gənclərin ictimai-siyasi həyatda fəaliyyətinin stimullaşdırılmasına, onların bu işlərə daha da həvəsləndirilməsinə böyük önəm verir. Belə məqamlarda gənclərə doğru, düzgün yol göstərmək, onları daha yaxından təmsilçiliyə dəvət etmək əsas məqsəd kimi qarşıya qoyulub".

Qeyd edək ki, seminarda ölkənin 27 rayonundan, Bakı və Sumqayıt şəhərlərindən gənclər iştirak edib. Yığıncaqda çıxış edən digər natiqlər də dövlət gənclər siyasəti, bu siyasətin əsas istiqamətləri, dövlət proqramları, gənclərlə bağlı görülən və görüləcək işlər haqqında danışıblar.

Daha sonra seminar qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

sia.az

Digər xəbərlər