Milli Məclisin bugünkü iclasında deputat Etibar Hüseynov bir müddət əvvəl təcridxanada saxlanılan "Nida" təşkilatı üzvlərinin fotolarının çəkilib yayılması məsələsi barədə danışıb.
SİA-nın xəbərinə görə, o, bu fotoların AXCP üzvləri tərəfindən çəkildiyini deyib: "Onların arasında nüfuz savaşı gedir. Məhz buna görə də cəbhəçilər müsavatçıların şəkillərini çəkib mətbuata ötürüblər".
sia.az