PDF Oxu

Siyasət

  • 10

2013-cü il üçün illik konfrans öz işini davam etdirir

2013-cü il üçün illik konfrans öz işini davam etdirir

Bu gün Bakının "Gülüstan" sarayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransı öz işini davam etdirib. SİA-nın xəbərinə görə, illik konfrans Dünya bankı, BVF də daxil olmaqla, beynəlxalq maliyyə təşkilatlarından yüksək vəzifəli şəxslərin, vətəndaş cəmiyyətini və tərəfdaş təşkilatlarının liderlərini, 200-dən artıq şəbəkə üzvlərini bir araya gətirən parlament şəbəkəsinin nümunəvi tədbiridir. Konfransın əsas məqsədi bu il keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransının əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, yeni yaranan, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hər tərəfli artımı təmin etmək; iqlim dəyişikliyini yumşaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq; hasilat sənayesi sektorunda düzgünlüyün təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir.

Konfrans iki paralel sessiyada davam etdirilib. İlk olaraq, Dünya Bankının istiliyi aşağı salın: Dünyada istiliyin dörd dərəcə artmasının qarşısının alınması mövzusunda çıxışlar dinlənilib. Konfransın moderatoru Seneqal parlamentinin vitse-spikeri Monsour Sy deyib ki, Dünya Bankının "İstiliyi aşağı salın" hesabatı qlobal cəmiyyətin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətində uğursuz olacağı halda, əsrin sonunda dünyanın dörd dərəcə qızacağı barədə xəbərdarlıq edir. Millət vəkilləri ölkələrin enerjini istifadəetmə, təbii mühitlərinin qiymətləndirilməsi və iqlim dəyişikliyinə qarşı mübarizə yollarının dəyişdirilməsində potensial transformasional rol oynayır.

Daha sonra məruzəçilər Dünya Bankının İqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Patrick Verkoijen, Orta Şərq və Şimali Afrika üzrə regional direktor El Mostafa El Aouazi, İqlim parlamentində proqram meneceri Ceyms Korr və digərləri çıxış edərək konfransın gündəlikdə duran məsələlər haqqında fikirlər səsləndiriblər. Qeyd olunub ki, 1,5 milyarda yaxın insan zorakı münaqişələrə məruz qalmış dövlətlərdə yaşayır. Qeyri-stabil və münaqişələrə məruz qalan dövlətlər ilə əməkdaşlığın üsulu dəyişdirilməlidir. Bu, g7+ kimi tanınan Afrika, Asiya və Sakit Okean boyunca qeyri-stabil dövlətlərin innovativ koalisiyalarının "Yeni Saziş"ə çağırışlarını nərəzə alaraq tədqiqatdan əldə olunan bir mesajdır.

Sonra BMT baş katibi Pan Gi Munun və BVF-nin idarəedici direktoru Kristin Lagardenin video mesajı səsləndirilib.

Qeyd edək ki, konfransa bu gün yekun vurulacaq. Tədbirin sonunda Parlament şəbəkəsinin yeni idarə heyətinin səsə qoyulması və yeni idarə heyətinin təqdimatı keçiriləcək. Bununla belə qonaqlar Bakı şəhərini və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra xarici qonaqlar Milli Məclisdə olacaqlar.

Xatırladaq ki, tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir və konfrans AVCİYA-nın dəstəyi ilə keçirilir.

sia.az

Digər xəbərlər