PDF Oxu

Siyasət

  • 6

28 May - Respublika Günü münasibətilə Tehranda rəsmi mərasim təşkil ediləcəkdir

28 May - Respublika Günü münasibətilə Tehranda rəsmi mərasim təşkil ediləcəkdir

28 may – Respublika Günü münasibətilə Azərbaycanın İrandakı səfirliyində rəsmi qəbul təşkil olunacaqdır. Səfirlikdən verilən məlumata görə, İran rəsmiləri və ictimaiyyətin nümayəndələri, elm və sənət adamları, Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, yerli KİV təmsilçiləri mərasimə dəvət olunmuşlar.

Rəsmi qəbulda Azərbaycanın və İranın dövlət himnləri səsləndiriləcək, Azərbaycan Respublikasının tarixini və inkişaf istiqamətlərini əks etdirən film nümayiş etdiriləcək, iştirakçılara Azərbaycan həqiqətləri ilə bağlı əyani vəsaitlər paylanacaqdır.

AzərTAc

Digər xəbərlər