Bakı Dövlət Universitetində (BDU) 28 May–Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, professor-müəllim heyətinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 23 aydan sonra süquta uğramasının səbəblərindən danışmışdır.
Rektor müasir müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır.
AzərTAc