PDF Oxu

Siyasət

  • 9

YAP-ın Şirvan şəhər təşkilatının VIII konfransı keçirilib

YAP-ın Şirvan şəhər təşkilatının VIII konfransı keçirilib

YAP-ın Şirvan şəhər təşkilatının VIII konfransı keçirilib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün Şirvan şəhərində YAP-ın V qurultayına hazırlıqla bağlı konfrans keçirilib.Konfransda YAP Siyasi Surasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, YAP İcra Aparatının məsul işçisi Ramil Mirzəyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Şirvan şəhər icra hakimiyyəti başçısının müavinləri iştirak ediblər. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra konfrans Mədəniyyət Evində işinə başlayıb. Konfransda YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov çıxış edərək partiyanın Ümummilli lider Heydər Əliyevin ideya müəllifi olmasından, tarixindən, ölkənin ictimai siyasi həyatındakı fəaliyyətindən, iqtidar partiyası olaraq qarşıdan gələn prezident seçkilərinə hazırlıq işlərindən ətraflı məlumat verib. Ə.İbrahimov bildirib ki, YAP Şirvan şəhər təşkilatının ötən konfransdan keçən dövr ərzində ərazi ilk partiya təşkilatının sayı 85-dən 96-ya çatdırılıb. Partiya sıralarına qəbul olunan üzvlərin sayı artaraq 4694 nəfərdən 4943 nəfər qədər yüksəlib. Bunlardan 2289 nəfəri qadınlar, 2108 nəfəri isə gənclərdir. Hal hazırda 30 ilk partiya təşkilatına qadınlar, 15 ilk partiya təşkilatına isə gənclər rəhbərlik edir.

Ə.İbrahimov Şirvan YAP-çılarının qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi yekdilliklə dəstəkləyəcəklərini və fəallıq nümayiş etdirəcəklərini bildirib.

Konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər şəxslər çıxış ediblər. Konfransda V qurultaya 5 nəfərdən ibarət nümayəndə seçilib.

Sonda partiyanın sədri, prezident İlham Əliyevə müraciət qəbul olunub.

Digər xəbərlər