PDF Oxu

Siyasət

  • 21

Marjori Smit: Azərbaycana səfər etməyimdən çox məmnunam, Bakının gözəlliyi məni məftun etmişdir

Marjori Smit: Azərbaycana səfər etməyimdən çox məmnunam, Bakının gözəlliyi məni məftun etmişdir

Azərbaycana səfər etməyimdən çox məmnunam, paytaxt Bakının gözəlliyi məni məftun etmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunda iştirak etmək üçün Bakıya gələn Birləşmiş Ştatların Hempşir ştatından Nümayəndələr Palatasının üzvü Marjori Smit demişdir.

"Bakıya dünən gecə gəlmişəm. Buna baxmayaraq, elə ilk anlardan şəhərinizin gözəlliyinə məftun oldum", - deyə M.Smit bildirmişdir.

Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olmaqdan məmnunluq ifadə edən qonaq, buranın tarixi cəhətdən böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq Smit demişdir: "Düşünürəm ki, ABŞ və Azərbaycan arasında çox gözəl əlaqələr var və Azərbaycan bizim çox yaxın dostumuzdur".

Xatırladaq ki, Bakıda işə başlamış "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun təşkilatçıları Amerika və Avrasiya Türk Şurası və Azərbaycanın Dostları Assambleyasıdır.

AzərTAc

Digər xəbərlər