Azərbaycan dünyada öz demokratiyası, milli adət-ənənələri və tarixi ilə tanınmış ölkədir.
AzərTAc xəbər verir ki bu sözləri "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Nyu Meksika senatının üzvü xanım Mary Key Papen jurnalistlərə müsahibəsində demişdir.
M.K. Papen Azərbaycanın tarixi guşələri ilə tanışlığın onda ölkəmizlə bağlı zəngin təəssüratlar yaratdığını vurğulamışdır.
Azərbaycan xalqının qonaqpərvərliyinin onu heyran etdiyini söyləyən qonaq bu səmimi münasibətə görə minnətdarlığını bildirmişdir.
AzərTAc